Bakı Dövlət Universiteti (BDU) ilə Yaponiyanın Tsukuba Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
 
BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi universitetin rektoru Elçin Babayev və Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke imzalayıb.
 
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.
 
Qeyd edək ki, əsası 1973-cü ildə əsası qoyulmuş Tsukuba Universiteti Yaponiyanın ən nüfuzlu universitetlərindən biridir. QS dünya universitetləri reytinqində 355-ci, “Times Higher Education” dünya universitetləri reytinqində isə 351-4000-cü pillədə qərarlaşır.