PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinin keçirilməsi davam edir. Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan bildirilib. Bildirilib ki, sınaq mərhələsinin başlanmasından indiyədək 57 məktəb üzrə 3272 nəfər 15 yaşlı şagird qiymətləndirmədə iştirak edib. Bu şagirdlərdən 2125-i Azərbaycan dilində, 1147-si isə rus dilində qiymətləndirmədə iştirak ediblər. İştirak etmiş məktəblərin 52-si dövlət, 2-si özəl və 3-ü agentliyə tabeli müəssisə olub.

Məlumat olaraq bildirək ki, beynəlxalq tədqiqatın sınaq mərhələsi üzrə məlumatların toplanması prosesinin cari ilin may ayının sonunda tamamlanması planlaşdırılıb. Sınaq mərhələdə ölkəmizdə 70 məktəb üzrə ümumilikdə 4000-dən çox 15 yaşlı şagirdin və 70 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.