Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi ""Təzyiq etmə, təsir et" təhsilalanlara psixoloji dəstəyin göstərilməsi" layihəsi başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, qrant layihənin icra planına uyğun olaraq Quba rayonunda 3 günlük düşərgə təşkil edilib. Düşərgədə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 25 nəfər şagirdi iştirak edib. Məktəblilər üçün düşərgə müddətində müxtəlif təlimlər, oyunlar və komanda işləri təşkil olunub.
Bundan əlavə, Şirvan şəhər ümumtəhsil məktəblərinin 25 nəfər psixoloqoları üçün təlimlər təşkil olunub. Təlimlər "Bullinqi aradan qaldırma üsul və metodları", "Güvənli mühitin yaradılması", “Bullinqə yox deyək” və s. kimi mövzuları əhatə edib.
Xatırladaq ki, layihənin əsas məqsədi təhsil müəssisəsində 11-15 yaşlı şagirdlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan zorakılıq hallarının qarşısının alınması üçün məktəbdə şagirdlər arasında maarifləndirmə işlərinin aparılması və informativ mühitin yaradılması,qeyri-formal təhsil metodlarından istifadə edərək həssas qrupa aid olan uşaqların özgüvənlərini qazanmalarına, gələcək hədəf seçmələrinə istiqamət verməkdir.