Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.
 
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.