Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 7 ümumi təhsil müəssisəsinin direktoru, 5 məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində xəbərdarlıq və inzibati tənbeh tədbiri tətbiq olunub.
 
Belə ki, Goranboy şəhər A.Nəbiyev adına 2 nömrəli körpələr evi – uşaq bağçasının müdirinə yazılı xəbərdarlıq,  Gəncə şəhər 38 saylı körpələr evi – uşaq bağçasının, Göygöl rayon Bənövşəli kənd tam orta, Göygöl şəhər 1 nömrəli tam orta, Köşkü kənd tam orta məktəbin, Goranboy rayon Veyisli kənd tam orta, Sarovlu kənd tam orta, H.Sarıyev adına Yəhərçi-Qazaxlar kənd tam orta məktəblərin, Qaraçinar kənd körpələr evi – uşaq bağçasının müdirinə, Borsunlu kənd 2 nömrəli tam orta məktəbin direktoruna töhmət, Gəncə şəhər 10 saylı uşaq bağçası və Gəncə şəhər 7 saylı körpələr evi – uşaq bağçasının müdirinə isə şiddətli töhmət verilib.
 
Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.