Son 5 ildə peşə təhsili müəssisələrinə qəbul 50% artaraq, 24 min nəfərə çatıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib. 
 
O bildirib ki, bu rəqəmin gələcəkdə də artacağı gözlənilir. 
 
"Son illərdə yeni tikilən müəssisələrimiz fəaliyyətə başladıqdan sonra yerlər 100 faiz dolub. Bunu Bakı, Bərdə və Cəlilabad peşə təhsili müəssisələrində görmək olar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərimizin hər birində peşə təhsili mərkəzlərinin yaradılması planlaşdırılır".