Dövlət Proqramına bu ilin may ayına qədər müraciət edən hər 3 namizəddən 1-i dünyanın "top 10" universitetinə qəbul olub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
 
O bildirib ki, hazırda proqrama 330 namizəd müraciət edib, onlardan da 96-sı TOP 10 universitetlərdən qəbul alıb: 
 
"Qeyd edim ki, indiyə qədər dünyanın nüfuzlu ali təhsil müəssisələrində bu qədər sayda azərbaycanlı təhsil almayıb".