Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-Türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda hibrid formatda Respublika elmi-praktik konfransı keçirilir.
 
LDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak ediblər. 
 
Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru professor  Natiq İbrahimov açıb və belə tədbirlərin elmi mühitin formalaşmasına müsbət təsirindən, LDU-nun son illərdə əldə etdiyi uğurlardan, gənc alimlərin elmi nailiyyətlərindən danışıb. 
 
Açılış nitqindən sonra LDU-da keçirilmiş 7-ci Zona Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb.
 
Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib. LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent Zaur Məmmədov “Cənub mirvarisi Lənkəran Türk Dünyasının mədəni həyatında”, tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir”, dosent Fərid Xankişiyev “Gəncləşən və müasirləşən LDU və gənclər paytaxtı Lənkəran” mövzularında məruzə ediblər. 
 
Konfrans öz işini bölmələrdə davam etdirir. 
 
Qeyd edək ki, konfransın işində LDU-dan əlavə 19 ali təhsil müəssisəsindən və təşkilatlardan tədqiqatçı-alimlər iştirak edir.