Azərbaycan və Tacikistan arasında təhsil kvotası artırılacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
 
O qeyd edib: "Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik".