“4Sİ Akademiyası” layihəsi çərçivəsində "Coursera" platformasında ümumi təhsil müəssisələrində informatika fənnini tədris edən müəllimlər ödənişsiz təlimlərdən yararlana biləcəklər.

 

“Azərbaycan müəllimi” xəbər verir ki,  “4Sİ Akademiyası” layihəsi İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Qeyd edək ki, layihə çərçivəsində 9000-dən çox iştirakçı qeydiyyatdan keçərək təlimlərdən faydalanmaq imkanı əldə edib.

 

Hazırda sözügedən layihəyə ümumi təhsil müəssisələrində informatika fənnini tədris edən müəllimlərin cəlb olunması planlaşdırılır.

 

Təlimlərdə iştirak etmək istəyən informatika müəllimləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/b5kCSmRwgB7oW3yZ8