Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumu bu gün öz işini yekunlaşdıracaq.
Forum çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Kembric Universitetinin iqlim təhsili üzrə qlobal direktoru Kristina Ozden, Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Fil Bati, Böyük Britaniyanın Hökumət Akademiyasının direktoru Bar Veinstein, “Microsoft” şirkətinin Mərkəzi Avropa üzrə təhsil direktoru Lenka Axlerova, Xarici Birlik və İnkişaf Ofisinin təhsil, gender və bərabərlik üzrə direktoru, Böyük Britaniyanın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Alisia Herbertlə görüşüb.
Emin Əmrullayev, həmçinin Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb və onunla fikir mübadiləsi aparıb.
Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.