Mayın 21-də Türkiyənin Altınbaş Universitetinin tibb fakültəsi ilə Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 
 
Bu barədə “Azərbaycan müəllimi”nə institutdan məlumat verilib. Bildirilib ki, sənəd Altınbaş Universitetinin rektoru professor Çağrı Erkan və Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən imzalanıb.
 
5 il müddətinə qüvvədə olacaq bu müqavilədə müasir tədqiqat işlərinin birgə araşdırılması, gələcək layihələrdə iştirak və ümumi elmi xarakterli məsələlərin təşkili nəzərdə tutulub.