Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru Tamella Bayramova tutduğu vəzifədən azad edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.
 
Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivinə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.