Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.
 
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
 
"Bu artım riyaziyyat fənnində də var, 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.
 
DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.