Məleykə Abbaszadə: Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub | |
Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.
"Bu artım riyaziyyat fənnində də var, 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.
DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.
|
|
18.05.2024 | 11:38 | |
|
|
|