Hazırda elmi müəssisələrin beynəlxalq laboratoriyalara çıxış imkanı olsa da, onlardan istifadə yüksək səviyyədə deyil.
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
 
O bildirib ki, ancaq gələcəkdə istifadə artar və tələbat yaranarsa, bu tipli çıxış imkanlarının çoxaldılması mümkündür.
 
"Elmi müəssisələr üçün verdiyimiz əsas xidmətimiz - doktoranturaya sənəd qəbulu sistemidir. Bu ildən doktorantura təhsili verən bütün müəssisələrə qəbul bu sistem vasitəsilə aparılır. Ali təhsil müəssisələrinin isə 30-a yaxını bizim şəbəkədədir. Təhsil şəbəkəsinin üstünlükləri çoxdur" - deyə idarə rəisi vurğulayıb.