TSİİ-nin rəisi: Elmi müəssisələrin beynəlxalq laboratoriyalara çıxış imkanı olsa da, istifadə yüksək səviyyədə deyil"
Hazırda elmi müəssisələrin beynəlxalq laboratoriyalara çıxış imkanı olsa da, onlardan istifadə yüksək səviyyədə deyil.
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
 
O bildirib ki, ancaq gələcəkdə istifadə artar və tələbat yaranarsa, bu tipli çıxış imkanlarının çoxaldılması mümkündür.
 
"Elmi müəssisələr üçün verdiyimiz əsas xidmətimiz - doktoranturaya sənəd qəbulu sistemidir. Bu ildən doktorantura təhsili verən bütün müəssisələrə qəbul bu sistem vasitəsilə aparılır. Ali təhsil müəssisələrinin isə 30-a yaxını bizim şəbəkədədir. Təhsil şəbəkəsinin üstünlükləri çoxdur" - deyə idarə rəisi vurğulayıb.
 


15.05.2024 | 11:00