Mayın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə fakültəsi nəzdində İspan dili mərkəzinin təşkilatçılığı ilə İspaniyanın Granada Universitetinin professoru Valentin Molina Moreno ilə tərcümə fakültəsi “İspan dili” ixtisası üzrə təhsil alan tələbələr arasında görüş keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, qonaq ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən, dünyada iqlim dəyişikliyindən bəhs edib.
 
Eyni zamanda İspaniya universitetləri və Granada Universitetindən bəhs olunub, qarşılıqlı müzakirələr aparılıb. Daha sonra ispaniyalı professor Granada Universiteti haqqında təqdimatla çıxış edib.
 
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb.