Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Keyfiyyətin təminatı şöbəsi yanında İşçi Qrupun onlayn iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda “ADPU-2030 Strateji İnkişaf Planı” sənədinin işçi variantı müzakirə olunub.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifovun giriş sözündən sonra, tədris işləri üzrə prorektor dosent Eldar Alsanov Strateji İnkişaf Planının (SİP) məqsədi, əhəmiyyəti və ümumi iş prosesi haqqında iştirakçıları məlumatlandırıb.
Görüşdə Lətif Kəngərlinski, dosent Nazilə Abdullazadə, Səbinə Sadıqova, Əlmusa Atamalıyev, Könül Mahmudova, Şamaxı filialının sosial və xüsusi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov və digər üzvlərin SİP haqqında sualları cavablandırılıb, qeyd və əlavələri interaktiv şəkildə müzakirə olunub.
Yekunda SİP-in təkmilləşdirilməsi yönündə fikirlər və qeydlər ümumiləşdirilib, növbəti görüşlər üçün planlaşdırmalar aparılıb.