Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə “Coders Azerbaijan” MMC arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, sənədi Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov və “Coders Azerbaijan” MMC-nin həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov imzalayıblar.
Memorandumun məqsədi gənc kadrların müasir dövrün tələblərini yüksək səviyyədə qarşılayacaq şəkildə yetişmələrinə və peşəkar mütəxəssislər kimi uğurlu karyera qurmalarına dəstək olmaqdır.
Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən “Coders Azerbaijan” rəqəmsal texnologiyalar sahəsində intensiv tədris fəaliyyəti göstərən təhsil mərkəzidir.