Respublikanın ümumi təhsil müəssisələrinin X sinif şagirdlərinin iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarında ümumilikdə bu il 20 min şagird qeydiyyatdan keçib. Zona birinciliklərində 1500-ə yaxın şagird iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində məqsəd təhsilalanların vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının final mərhələsi iyunun 10-da Lənkəranda keçiriləcək.