Türkiyə-Azərbaycan Universitetinin harada yerləşməsi ilə bağlı işlər yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O bildirib ki, yaxın günlərdə universitetin tədris binası haqda məlumat veriləcək.
 
"Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetində tədrisə başlanılacaq" - deyə nazir qeyd edib.