Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Tarix müəllimi” ixtisası üzrə III kurs tələbələri Ümid Mikayılov və Həlilə Sadıqova Qazaxıstanın Astana şəhərində orta əsrlər türk-islam dünyasının böyük mütəfəkkiri Əl Fərabiyə həsr olunmuş “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində iştirak ediblər.

 

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Ümid Mikayılov “Axıska türklərinin deportasiya və repatriasiya problemi”, Həlilə Sadıqova “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı və Şamaxı soyqırımları” mövzusunda məqalələrinə görə I dərəcəli diplom və “Ən yaxşı tədqiqatçı - 2024” medalı ilə təltif ediliblər.