20-28 iyun 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktorant və dissertantlar üçün “İxtisas” və “İqtisadın ümumelmi əsasları” fənləri üzrə fələsəfə doktoru imtahanları təşkil ediləcək.

 

“Azərbaycan müəllimi” UNEC-ə istinadən xəbər verir ki, imtahan yazılı və şifahi keçirilir. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Doktorant sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır. Hər bir imtahan bileti ixtisas üzrə 4 sualdan ibarətdir. İddiaçının biletində olan suallar və onlara verilən cavablar cavab vərəqində qeyd edilir. Doktorantın dissertasiya mövzusuna dair 5-ci sual imtahan komissiyası üzvləri tərəfindən ona şifahi cavablandırma zamanı verilir və cavab vərəqində qeyd edilmir. İmtahan komissiyasının üzvləri doktoranta biletə düşən suallar çərçivəsində və dissertasiya mövzusuna dair əlavə dəqiqləşdirici suallar verə bilərlər.

 

Hər bir sualın cavabı 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan üzrə keçid balı 25 baldır.

 

İmtahanlarda iştirak üçün tələb olunan ərizənin (pdf formada və imzalanmış), şəxsiyyət vəsiqəsinin surətinin və dissertasiya mövzusunun AMEA-nın İctimai Elmlər üzrə Problem Şurası tərəfindən təsdiqlənməsi barədə məktubun surətinin 4 iyun 2024-cü il tarixədək //e.mail.ru/compose/?mailto=mailto%3aleyla.yusifova.2014@mail.ru">leyla.yusifova.2014@mail.ru email ünvanına göndərilməsi xahiş olunur.

 

UNEC-in doktorantı olmayan şəxslər imtahana buraxılmaları üçün qeyd edilən sənədlərlə yanaşı, dissertasiya işinin yerinə yetirildiyi müəssisənin UNEC-in rektoruna müraciət məktubunu da 4 iyun 2024-cü il tarixədək təqdim etməlidirlər.