Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Zübeyir Bağırzadə və 2023-cü il məzunu Nəzrin Yaqubova İsveç Xarici İşlər Nazirliyinin “SI Scholarship for Global Professionals” dövlət təqaüdünün qalibi olublar.

 

Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib.

 

Bildirilib ki, Nəzrin Yaqubova Avropa biznes hüququ üzrə, Zübeyir Bağırzadə isə Beynəlxalq insan hüquqları üzrə İsveçin Lund Universitetində tam təqaüdlə təhsillərini davam etdirəcəklər.

 

Qeyd edək ki, kifayət qədər rəqabətli hesab olunan “SI Scholarship for Global Professionals” təqaüdünə 50-yə yaxın dövlətdən ümumilikdə 8167 nəfər müraciət edib. Azərbaycan Respublikası üzrə təqaüdə ilk dəfə olaraq rekord həddə, ümumilikdə 36 nəfər layiq görülüb.