2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qəbul edilmiş “Yaşıl UNEC” ili çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasında xüsusi sərgi təşkil edilib və KİM-in veb səhifəsində virtual sərgi yaradılıb.

 

UNEC-dən “Azərbaycan müəllimi”nə  bildirilib ki, sərgidə təhsilalanlar və professor müəllim heyətinə nümayiş olunan 50-yə yaxın ədəbiyyat, o cümlədən, ekologiyanın qorunması, sağlam ətraf mühitin mühafizəsi, yaşıl iqtisadiyyat konsepsiyası, bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji menecment və digər mövzular üzrə aktual elmi nəşrlər oxucular tərəfindən maraqla qarşılanıb.

 

Təhsilalanlar və elmi-pedaqoji heyət təqdim olunan kitabları KİM-in kitabxanalarından əldə edə və ya elektron kitabxanadan oxuya bilərlər.