Dərsdinləmə təhsil müəssisəsində təhsilverənlərin peşəkarlığını qiymətləndirmək üçün ən unikal alətdir. Dərsdinləmələrin keçirilməsində məqsəd təhsilverənlərin peşəkar inkişafına dəstək olmaq və bu konteksdə təhsilalanların təlim nailiyyətlərinin yüksəldilməsini təmin etməkdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi sosial şəbəkələrdə "1 sual, 1 cavab" rubrikasında dərsdinləmə zamanı əsas fəaliyyət mərhələrini paylaşıb.
Belə ki, dərsdinləmə 3 mərhələli fəaliyyətdir:
1. Dərsdinləmədən əvvəl: məqsədlərin və meyarların müəyyənləşdirilməsi, zəruri təlimatların ötürülməsi;
2. Dərsdinləmə: dərslərin meyarlar əsasında müşahidəsi;
3. Dərsdinləmədən sonra: dinlənilən dərslərin təhlil olunması və müzakirəsi.
Müəllimlərin dərsləri təhlil olunduqdan sonra veriləcək rəylər ümumi və konstruktiv olmalı, peşəkar inkişafa dəstək verməli, xüsusi məsələlər fərdi şəkildə müzakirə edilməlidir.