Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
 
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.
 
Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavininin işinə xitam verilib