1983-1987-ci illərdə UNEC-də “Maliyyə” ixtisası üzrə təhsil almış Vyetnam vətəndaşı Nguyen Thu Hien 37 ildən sonra məzun olduğu universitetdə olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Nguyen Thu Hien bir zamanlar təhsil aldığı universitetlə yenidən tanış olaraq, təəssüratlarını bölüşüb:
 
“1983-cü ildə Dövlət Proqramı çərçivəsində bir qrup ilə birlikdə Vyetnamdan Azərbaycana təhsil almaq üçün gəlmişdik. Mən və rəfiqəm Nquen Txi Xan “Maliyyə” ixtisasını seçdiyimiz üçün İqtisad Universitetində təhsil aldıq. O, ötən il UNEC-də olmuşdu və rektorla görüşmüşdü. Mən də bu il universitetimi ziyarət etmək istədim. Universitetdə çox şey dəyişsə də buranın divarları, binası mənə çox doğmadır. UNEC-dəki yeniliklərə heyram qaldım. Təhsilin rəqəmsallaşdırılıması ilə bağlı çox uğurlu işlər görülüb”.