ADA Universiteti 11-ci sinif şagirdləri üçün "İdeyalar necə formalaşır?" mövzusunda dizaynla bağlı ilk seminarı təqdim edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ADA Universiteti öz soisal şəbəkə hesablarında paylaşım edib. Məlumatda qeyd olunur ki, aprelin 27-si Beynəlxalq Dizayn Gününün qeyd olunduğunu nəzərə alaraq, əvvəlcə iştirakçılara dizaynın tarixi barədə ümumi məlumat verilməsi, daha sonra onlara praktiki təcrübə qazandırılması nəzərdə tutulub.
 
Sessiya zamanı iştirakçılar dizaynın tarixi, o cümlədən dizayn sahələri və konsepsiyaları haqqında məlumat əldə edəcəklər. Təqdimatdan sonra şagirdlər praktiki layihə üzərində işləmək üçün qruplara bölünəcəklər. 
 
İştirak üçün qeydiyyat aktivdir. Seminar 10 may saat 16:00-18:00 arası keçiriləcək.
 
Qeyd edək ki, seminar ingilis dilində baş tutacaq.