Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-da təhsil alan tələbələr üçün “Sinifdə məzun var” layihəsi start götürüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin məqsədi tələbələrə uğurlu məzunların tanışlığı ilə yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlə tələbələr arasında sağlam mühit formalaşdıraraq peşə motivasiyalarını yüksəltməkdir. İlk qonaq Ege Universitetinin “Bitki mühafizə” ixtisasının məzunu, "EMA Group Azərbaycan" şirkətinin aqronomu vəzifəsində çalışan Tufan Tümer olub.
 
Qeyd edək ki, Dr. Süleyman Gürdal Türksevenin moderatorluğu ilə keçirilən görüşdə tələbələrə öz ixtisaslarına dair bilikləri dərindən mənimsəmək və praktiki bacarıqlara önəm vermək tövsiyə olunub.
 
Sonda tələbələrə hədiyyələr təqdim edilib.