Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş “Mənzilinə çatan qatar” layihəsinin bağlanış tədbiri keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində rayon mərkəzlərindən uzaqda yaşayan və fizika fənnindən əlavə təlimlərə qoşula bilməyən şagirdlərin uğurlu nəticə əldə etməsi məqsədilə 24 sayda videoresurs hazırlanıb və müvafiq regional təhsil idarələri vasitəsilə məktəblərə göndərilib.  
 
Qeyd edək ki, layihə bütün regionları əhatə edib.
 
Həmçinin layihənin davamlılığını təmin etmək məqsədilə fizika fənni üzrə Respublika fənn müsabiqəsinə hazırlaşan şagirdlər üçün "Youtube" kanalı yaradılaraq mövzu və test izahları videodərslər şəklində yerləşdirilib. 
 
Xatırladaq ki, “Mənzilinə çatan qatar” layihəsi Şirvan şəhər Kimya – biologiya təmayüllü liseyin direktor müavini və fizika müəllimi Vasif Zeynalov tərəfindən icra olunub. 
 
Layihənin məqsədi, ucqar kəndlərdə, rayon mərkəzlərindən uzaqda yaşayan şagirdlərin uğurlu akademik nəticə əldə etmələrinə dəstək olmaqdır.