Səhiyyə Nazirliyi tərəfindən məktəbyaşlı uşaqlar, valideynlər və müəllimlər üçün “Sağlam uşaq” mobil tətbiqi fəaliyyət göstərir.
"Azərbaycan müəllimi" xəbər verir ki, mobil tətbiqdə məktəbyaşlı uşaqların sağlam böyüməsi və inkişafı üçün maarifləndirici materiallar yer alıb.
Bu tətbiqdə ayrı-ayrı mövzular üzrə məqalə və videolarla yanaşı, çap materialları, infoqrafika və s. materiallarda zərərli vərdişlərin mənfi təsirləri, sağlam qidalanmanın və hər gün fiziki aktivliyə vaxt ayırmağın vacibliyi izah olunur. Eyni zamanda, mobil əlavədə xəstəliklərin əsas risk amilləri barədə ətraflı məlumat, o cümlədən fiziki və psixi sağlamlığın qorunmasına dair tövsiyələr verilir.
Mobil tətbiqi, həmçinin ailə və gənclər mərkəzləri, yerli dəstək qrupları və digər təşkilatların nümayəndələri, müxtəlif sahələr üzrə mütəxəssislər üçün də faydalı bilgilər əldə etməyə imkan verir. Mobil tətbiqini telefonunuzda İOS (https://apps.apple.com/ca/app/saglam-usaq/id6470361783) və Android (https://play.google.com/store/apps/details...) sistemləri vasitəsilə yükləmək mümkündür.