Mərakeş Krallığının Beynəlxalq Əməkdaşlıq Agentliyi 2024-2025-ci tədris ili üçün Mərakeşin dövlət ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir.

 

"Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) bildirilib ki, təqaüd proqramı ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Proqram çərçivəsində 10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, təqaüd proqramına müraciət üçün son tarix 7 may 2024-cü ildir.

 

Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.