Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 55 şagird Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsində iştirak hüququ əldə edib.


Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil  İdarəsindən məlumat verilib.

Belə ki, müsabiqənin final mərhələsinə Neftçala rayonu üzrə 17, Şirvan şəhəri üzrə 12, Salyan rayonu üzrə 9, Biləsuvar rayonu üzrə 9, Hacıqabul rayonu üzrə isə 8 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.