UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə COP29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda ekoloji maarifləndirmə tədbiri keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin mahiyyətindən danışıb, 30 ilə yaxın müddətdə erməni vandalları tərəfindən işğal altında olmuş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı, ekoloji terror haqqında məlumat verib.

 

“Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova və kafedranın müəllimi  Nərminə Namazova isə bu il respublikamızda keçiriləcək COP 29 konfransının əsas məqsədi, qlobal və lokal miqyasda ekoloji tarazlığın qorunması barədə danışıb, Ermənistanın uzun illər Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii resurslara vurduğu zərərdən söz açıblar.