Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universiteti və Rumıniyanın Babeş-Bolyai Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) səfərdə olublar.
BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər çərçivəsində qonaqlar mühəndislik, eləcə də pedaqoji fakultənin müəllim və tələbələri ilə görüşüblər.
Granada Universitetinin nümayəndəsi Antonio Ruiz Moya Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri, Babeş-Bolyai Universitetindən Diana Felicia Panait isə Biologiya müəllimliyi kafedrasının tələbələri üçün çalışdıqları ali məktəblərdəki ixtisaslarla bağlı geniş təqdimatlar ediblər.
Qonaqlar, həmçinin BMU-nun kampusu, Texnopark və laboratoriyaları ilə yaxından tanış olublar.
Mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər bir həftə davam edib.