Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin məqsədi məktəbəqədər təhsil prosesində uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşdırılması, onların inkişafı üçün müvafiq təhsilalma şəraitinin yaradılması və bunun nəticəsində sağlam emosional mühitin yaradılmasıdır.
 
Budəfəki görüşdə Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova davranış pozuntusu olan uşaqlara düzgün psixopedaqoji yanaşma və məktəbəqədər yaş dövrünün əsas psixoloji xüsusiyyətləri haqqında danışıb.