Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" təşkil ediləcək.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, "ECOVELOFEST"in təşkilində məqsəd yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.
 
Velofestivalda iştirak etmək istəyən qadın təhsil işçiləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. 
 
https://forms.office.com/r/AcM0ePAnH2
 
Qeydiyyat üçün son tarix 13 may saat 18:00-dır.