Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Gəncə Nəbatat Bağı birgə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalayıb.

    

“Azərbaycan müəllimi” xəbər verir ki, müqavilədə Abşeron dendroflorasının və Azərbaycan florasının biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılması, nəticələrdən birgə istifadəyə dair əməkdaşlıq yer alır.

 

Əməkdaşlığın məqsəd və vəzifələri Abşeronda və Azərbaycanın Qərb bölgəsində oduncaqlı bitkilərin tomoqrafik, dendroxronoloji təhlili,  Nəbatat  Bağı əməkdaşları ilə birgə Dendrologiya İnstitutunun ərazisinə yeni introduksiya edilmiş bitkilərdə biomorfoloji və fizioloji göstəricilərin təhlili, qərb bölgəsində sərhədyanı ərazilərdə bioloji müxtəliflik komponentlərinin nadir növlərinin təbii bərpası, qorunub saxlanılması və onlardan davamlı istifadə üçün tədbirlərin həyata keçirilməsi, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi, zəruri infrastrukturun yaradılması, ətraf mühitin mühafizəsi ilə bağlı monitorinq və səmərəli nəzarət mexanizmlərinin hazırlanması, Abşeron ərazisində ağac və kol bitkilərinin taksonomik tərkibinə iqlim dəyişkənliyinin təsirinin birgə təhlilindən ibarətdir.