Bakı Dövlət Universitetinin SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının III kurs tələbəsi Məsmə Əliyeva ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən maliyyələşdirilən “Qlobal Tələbə Mübadiləsi Proqramı” (UGRAD) üzrə müsabiqənin qalibi olub.

 

Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib.

 

Bildirilib ki, UGRAD proqramı Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (IREX) tərəfindən həyata keçirilən mədəniyyət və təhsil proqramıdır.

 

Bu proqram I, II və III kurs tələbələrinə müəyyən imtahanları uğurla verdikdən sonra Amerika univeristet və kolleclərində bir il ödənişsiz təhsil almaq imkanı yaradan ən uğurlu proqramlardan biridir. Proqram ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaiyyət göstərir.

 

Proqramın iştirakçıları icmalarını inkişaf etdirmək istəyən gənc liderlərdir. Proqram zamanı UGRAD üzvləri Amerika cəmiyyətini, mədəniyyətini və akademik təhsilini öyrənirlər. Onlar həm də ictimai işlərdə iştirak edir, peşə bacarıqlarına yiyələnirlər.