Aprelin 25-də Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış ediblər və işçi qrupunun ötən dövr üzrə ümumi fəaliyyəti, əldə olunmuş uğurlar və gözləntilər barədə məlumat veriblər.  
 
Daha sonra “İnsan kapitalı” işçi qrupunun katibi Röya Musayeva 2022 və 2023-cü illər üçün Fəaliyyət Planı üzrə beynəlxalq reytinqlərdə indikatorların dəyişmə dinamikası və ehtimal olunan yeniliklər barədə təqdimatla çıxış edib. Röya Musayeva görülmüş işlər, çətinliklər, eyni zamanda gələcək planlar barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.   
 
İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Natiq Məmmədlinin təqdimatları ilə davam etdirilib. 
 
Yekunda işçi qrupunun fəaliyyəti, cari və qarşıda duran digər məsələlərə dair qərarlar qəbul edilib.