Quba Olimpiya İdman Kompleksində UEFA-nm və AFFA-nm dəstəyi ilə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

 

AZƏRTAC xəbər verir ki, 12 məktəb komandasının iştirak etdiyi yarışın qalibi Dağlı kənd orta məktəbinin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Qırmızı qəsəbə 1 nömrəli orta məktəbin və Qaraçay kənd orta məktəbinin komandaları tutublar.

 

Turnirdə ümumilikdə 103 məktəbli qız fiıtzalçı yeni qeydiyyatdan keçib. Sonda hər üç komandaya diplomlar, medallar və kubok verilib. Qırmızı qəsəbə 1 nömrəli orta məktəbin şagirdi Ayşən Mirzəməmmədova turnirin ən yaxşı oyunçusu seçilib.

 

AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunublar.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə qızlar arasında futzal liqasını təşkil etmək, həmçinin milli komandanı yaratmaqdır. Növbəti aylarda layihə daha 6 regionda reallaşdırılacaq.