Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə ölkədəki ali təhsil müəssisələri arasında liderdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə A və B növləri üzrə hər biri 6 imtahan olmaqla ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200 namizəddən 4709 nəfəri uğurlu nəticə əldə edib.
Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, BDU birinci yerdə qərarlaşıb. Test imtahanlarında uğur əldə edən 4709 nəfərdən 1032-si BDU-nun məzunudur. Bu, dövlət qulluğu imtahanlarında uğur qazanan namizədlərin 22 faizi deməkdir.