Ötən gün Ali Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Ceyhun Cəlilov Dövlət Proqramı məzunlarından biridir
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
 
O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2012-2013-cü illərdə Birləşmiş Krallığın "University of Essex” ali təhsil müəssisəsində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistratura təhsili səviyyəsini bitirib.
 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
 
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Bu təyinatadək Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.
 
Evlidir, iki övladı var.