Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qəbulu ilə bağlı vətəndaşlara texniki köməklik göstərilməsi məqsədilə 3 alternativ qeydiyyat mərkəzi yaradılıb.
 
 
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, həmin mərkəzlərdən ikisi işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında fəaliyyət göstərəcək.
 
 
Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.