Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva ilə görüşüb. 

 

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn tədbirlərin icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. 

 

Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.