Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsində qalib olan "İngilis dilinin tədrisində "Duolingo" platformasının dəstəyi" layihəsinin 1-ci və 2-ci qrupdakı şagirdlərinin təlimləri yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 1-ci və 2-ci qruplarda ümumilikdə 40 şagird ( hər qrupda 20 nəfər olmaqla) üçün təlimlər yekunlaşıb. Hər qrupda 2 saat olmaqla 24 günlük (ümumilikdə 96 saat) dərs keçirilib.
 
Xatırladırıq ki, Könül Hüseynovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi "Duolingo" platformasının köməyilə 9-10-11-ci sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməklə buraxılış imtahanına hazırlığa əlavə dəstək olunmasından ibarətdir.