Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçirilən IV Kitabqurdu Müəllimlərin Oxu Marafonuna start verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, marafonun şərtləri aşağıdakı kimidir:
 
Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024). 
Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
Layihə müddətində 6 kitab oxunacaq.
 
İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
 
Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq.
 
Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq. 
 
Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. 
 
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar:
 
Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri)
Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı)
Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı)
Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı)
Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı)
Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı)
 
Qeydiyyatdan keçmək üçün linkə daxil olmanız (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurmağınız xahiş olunur.
 
Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün əlaqə nömrəsi: +994 55 877 24 44