“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

 

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər.

 

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, X sinif şagirdləri- Nihad Həşimov və Onur Əlləzov fizika və astronomiya üzrə II, X sinif şagirdləri- Bəxtiyar Əmiraslanov, İlyas Muxtarov və IX sinif şagirdi Cabir Abbasov kimya, X sinif şagirdi Fuad Hüseynov isə biologiya istiqaməti üzrə III yerə layiq görülüblər.